Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Cəmiyyət

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib.

Avtomobil qəzası zamanı xəsarət alan 2005-ci il təvəllüdlü T.Nağıyev və onun qohumu, 2000-ci il təvəllüdlü R.Nağıyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az