Bakıda iki yaşlı uşaq qaynar suda yandı

Cəmiyyət

Bakıda 2 yaşlı uşağın ağır xəsarətlər alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2020-ci il təvəllüdlü Z.Qədirovanın üzərinə ehtiyatsızlıqdan qaynamaqda olan su tökülüb. Termiki yanıq xəsarətləri alan körpə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir