Ananın vurduğu iynədən şoka düşən azyaşlı ÖLDÜ

Cəmiyyət

Mingəçevirdə ananın vurduğu iynədən şoka düşən övladı ölüb.

“Unikal”ın məlumatına görə, iynə vurulması nəticəsində şoka düşən uşaqlardan biri, iki yaşlı Nuray İslamzadə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, nənəsinin evində halı pisləşən Nuray İslamzadə və üç yaşlı qardaşı Fərrux İslamzadəyə anaları antibiotik iynə vurub. Hər iki uşağın vurulan iynədən sonra vəziyyəti pisləşib. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir