Tanışlar arasında zarafat qanla bitdi

Cəmiyyət

Mingəçevir şəhərində yeniyetmə oğlan öz tanışını bıçaqlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərdəki kafelərin birində baş verib.

2008-ci il təvəllüdlü M.A. və 2007-ci il təvəllüdlü A.B. arasında zarafat mübahisəyə səbəb olub. Mübahisə zamanı A.B. tanışına bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, hadisəni törədən saxlanılıb:

“Hazırda araşdırma aparılır”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir