Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, iyulun 30-31-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 9 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, iyulun 23-24-də ölümlə nəticələnən səkkiz qəzada 10 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
www.102info.az