Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində Hakim Həşimov qardaşına məxsus olan “Jeep Grand Cherokee” markalı avtomobili arxaya verərkən 1960-cı il təvəllüdlü Nəcəf Məmmədovu vurub. Ağır xəsarətlərlə xəstəxanaya aparılan N.Məmmədov vəfat edib.
Avtomobil H.Həşimovun qardaşı Əziz Həşimova məxsus olub və o, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
www.102info.az