Zəlzələdə yararsız hala düşən məscidlərə niyə baxan yoxdur? – VİDEO

Cəmiyyət

Zaqatalanın Çobankol, Qımır və Bazar kəndlərində ötən əsrin əvvəllərində tikilən məscidlər 2012-ci ildə şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşüb.

Çobankol kəndinin məscidi tarixi abidə kimi dövlət tərəfindən qeydiyyata alınıb və qorunur. 2100 sakini olan kəndin əhalisi son 10 ilə qədər burada ibadət edib. Hazırda isə qəzalı məscidə girməyə icazə olmadığından ibadətlərini həyətdə tikdikləri şəraitsiz tikilidə edirlər.

Rayonun zəlzələ zamanı qəzalı vəziyyətə düşən ikinci məscidi Qımır kəndində yerləşir. Qımır məscidi 1912-ci ildə inşa edilib. 200 nəfərin ibadət etdiyi bu məscid də 2012-ci ilin mayından etibarən qəzalı vəziyyətə düşüb. Zəlzələ zamanı məscidin tavanı və divarları çatlayıb. Aidiyyəti qurumlar tərəfindən məscidin qəzalı olmasına görə giriş qadağan olunub. Bu kənddə də kütləvi namazlar məscidin həyətində yerləşən əlavə tikilidə baş tutur.

Ən yararsız hala düşən məscid isə 1907-ci ilə inşa edilən Bazar məscididir. Kəndin yüzlərlə sakini məscidin tezliklə yenidən tikilməsini istəyir.

Hər üç kəndin məscidi ilə bağlı icra nümayəndəliyindən bildirilib ki, Çobankol, Qımır və Bazar kəndləri üzrə icra nümayəndəsinin müavini bildirib ki, məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib.

Məscidlərin vəziyyəti ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov isə bildirib ki, 2012-ci ildə baş verən zəlzələdən sonra Çobankol məscidinə bərpa-gücləndirmə, Qımır və Bazar məscidlərinə isə qəzalı olması ilə bağlı rəy verilib. Zəlzələ nəticəsində qəzalı olan fərdi yaşayış evlərinin tikintisi yekunlaşandan sonra sosial obyektlərə baxılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir