“Qadın bir çox halda istədiyinə deyil, təklif edənə ərə gedir”.
Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişinin növbəti buraxılışında qonaq olan aparıcı-prodüser İdris Cəfərov deyib.
Evliliklə bağlı sualı cavablandıran prodüser ailə quran dostlarına nikah müqaviləsi bağlamağı məsləhət gördüyünü deyib.
“Şərti şumda kəsmək lazımdır. Biləsiniz ki, bir-birinizə qarşı maddi deyil, mənəvi gözləntiniz var”, – deyə o qeyd edib.
İ. Cəfərov “Space” TV-nin keçmiş rəhbəri Vaqif Mustafayevlə qalmaqalından da danışıb.
“2013-cü ildə ölkədən getməyimə səbəbkarlardan biri Vaqif Mustafayev oldu. Mənə qarşı hədə-qorxulardan, hazırlanan “sürprizlər”dən məlumatlı idim”, – deyə prodüser əlavə edib.
www.102info.az