Görmə məhdudiyyətli şagird imtahandan yüksək bal toplayıb – FOTO

Cəmiyyət

Bu gün  I ixtisas qrupu üzrə açıqlanan imtahan nəticələrində ən yüksək bal toplayan məzunlardan biri də Əlizadə Nihatdır. 

Nihat I qrup görmə məhdudiyyətli şagirddir. Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat məktəbin şagirdidir. 

Birinci qrup görmə məhdudiyyətli Nihat I qrupa imtahan verib, 596 bal toplayıb.

Qeyd edək ki, Nihat fizika fənnindən 27 test tapşırığına doğru cavab yazıb.

www.102info.az