“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin əmri ilə QSC-nin strukturuna daxil olan “ASCO Logistics” MMC-nin direktoru Azər Məmmədov vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, sədrin digər əmri ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin müşaviri İlham Məmmədov “ASCO Logistics” MMC-nin direktoru təyin edilib.
O, son təyinatından öncə QSC-nin istismar-kommersiya departamentinin rəisi, sədrin müşaviri olub.
www.102info.az