Leykozla mübarizə aparan Ülvinin dərmanlarını almağa pul tapmadığı üçün ayaqları tutulub – FOTO

Cəmiyyət

2014-cü il təvəllüdlü İsmayılov Ülvi Araz oğlu kəskin limfoblast leykozdan (qan xərçəngi) əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun nənəsi Cəfərova Vəfa Akif qızı məlumat verib.

O bildirib ki, nəvəsi 2020-ci ildən bu xəstəliklə mübarizə aparır:

“2 ildir Ülvi ağır kimyaterapiyalar qəbul edir. Dərmanları səhhətinə təsir göstərdiyi üçün ayaqları tutulub. O həm də hepatit C-dən əziyyət çəkir. Nəvəmi qəyyumluğa götürmüşəm. Çalışıram ki, onu bu çətin günlərdən xilas edim. Artıq maddi olaraq tükənmişəm, dərmanlar baha olduğu üçün onları almağa gücüm çatmır. Ülvi xəstəliyi ilə əlaqədar olaraq vaxtında məktəbə başlaya bilmədi. O, birinci sinfə başlamalıdır, lakin yeriyə bilmir. Bizə onun dərmanlarını ala bilməyimiz, tutulan ayaqlarının masajla fəaliyyətini bərpa edə bilməyimiz üçün 3000 manat pul lazımdır”.

Ailə ilə əlaqə: +994 70 571 42 22 (Nənəsi Vəfa xanım)

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir