Şamil Qurbanov: “Stadionətrafı restoranlarda cihazları ETSN quraşdırmalıdır”

Cəmiyyət

“Restoranlarda tüstüboğan cihazların quraşdırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa vəzifə borcudur”.

Bunu “Report”a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Endre Botkanın “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı mərkəzi arenada tüstü olması barədə fikirlərinə münasibət bildirərkən deyib.

O, beynəlxalq tədbirlər vaxtı sərinləşdirici içki satışı ilə məşğul olan obyekt istisna olmaqla, stadionda heç bir kafe və restoranın, hər hansı iaşə obyektinin fəaliyyət göstərmədiyini söyləyib:

“Ətraf obyektlərin isə stadiona heç bir aidiyyəti olmadığından, onların işinə hər hansı müdaxiləyə ixtiyarımız yoxdur. Onlarla Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul ola bilər. Gəlsinlər, hansında tüstüboğan cihazlar yoxdursa, quraşdırsınlar, müvafiq tədbirləri görsünlər”.

Stadion direktoru oyun vaxtı heç bir iy və tüstünün hiss olunmadığını əlavə edib:

“Ona görə də futbolçunun açıqlamaları əsassızdır. Oynaya bilmirlərsə, kabab iyinin boynuna yıxmasınlar. Həmin gün xeyli isti var idi. Belə hava, əlbəttə, boğucu olar”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki “Groupama Arena”da olacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir