Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Quba rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir şəhid Mehdiyev Surxay Zülfü oğlunun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Görüşdə yaxınları şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.
www.102info.az