Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və xüsusi cihaz vasitəsilə zərərli qazların miqdarı yoxlanılıb.
Yoxlamalar zamanı həmin avtomobillərdən bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. İxrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları həmin sürücülərin diqqətinə çatdırılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
www.102info.az