Bakıda 12 yaşlı oğlanı avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Zabrat qəsəbəsində 2010-cu il təvəllüdlü Qasımlı Turhan Tural oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az