Yol polisləri körpənin həyatını xilas etdilər – ANBAAN VİDEO

Cəmiyyət

Bakı-Quba yolunda avtomobildə qıcolma keçirən körpənin köməyinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci taqımının əməkdaşları (Saray postu) çatıblar.

Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, azyaşlının qəfildən vəziyyəti pisləşib. Valideynləri yaxınlıqda xidmət aparan YPX əməkdaşlarına müraciət ediblər.

Mövcud vəziyyətin çətinliyini görə polis inspektorları uşağı dərhal partul avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra azyaşlının həyati təhlükəsi aradan qalxıb. 

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir