“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib.
Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz dünyanın “Bilkent University”, “Koç University”, “Middle East Technical University”, “University of Bonn”, “University of Freiburg”, “Stanford University”, “New York University”, “Texas A&M University”, “George Washington University(DC)”, “Imperial College London”, “University of Cambridge”, “King’s College London”, “London Business School”, “UCL”, “University of Warwick”, “University of Strasbourg”, “University of Tartu”, “Sapienza University of Rome”, “Politecnico di Milano”, “University of Toronto”, “McGill University”, “University of British Columbia”, “University of Amsterdam”, “Korea Advanced Institute of Science and Technology (KAIST)”, “Nanyang Technological University, Singapore”, “Monash University”, “University of Sydney”, “KU Leuven” kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsini və magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.
Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.
www.102info.az