Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 6-9 avqust tarixlərində Şamaxı şəhərində 40-dan çox gənclər təşkilatının PR menecerlərinin iştirakı ilə “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsi həyata keçirilib.
Gənclər təşkilatlarının PR menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi ilə gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlərin sosial mediadan operativ istifadə, iş mühitində keyfiyyətli və effektiv rəqəmsal kommunikasiyanın formalaşdırılması istiqamətində bilik və bacarıqlarının artırılması, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin və interaktiv fəaliyyətlərlə səmərəli vaxtın keçirilməsi olub.
Layihənin ilk günü iştirakçıların şəbəkələşməsi üçün komanda oyunları keçirilib və daha sonra PR üzrə konsultant Səmayə Məmmədovanın təqdimatında “Gənclər Təşkilatlarında PR işinin düzgün qurulması” mövzusunda sessiya baş tutub. Sessiya zamanı gənclər təşkilatlarında PR necə idarə olunmalı və bu zaman diqqət yetirilməli məqamlar, gənclərin bu sahədəki rolu, vəzifə və öhdəlikləri ətraflı müzakirə olunub. Daha sonra NAYORA-nın sədri Azər Əliyev tərəfindən iştirakçılara gənclər təşkilatlarının PR sahəsində SWOT analizi vörkşopu keçirilib.
Layihənin ikinci günündə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədi ilə səhər idmanı ilə başlanıb, daha sonra Azxəbər.az saytının baş direktoru Əfsələddin Ağalarov tərəfindən “KİV-lərlə əlaqələrin qurulması zamanı QHT-lərin qarşılaşdığı problemlər” mövzusunda təlimi ilə davam edib. Xəbər saytlarına press-relizin hazırlanması, təqdim edilməsi, QHT-lərin press-relizlərdə yol verdiyi səhvlər kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların qrup işləri ilə sessiya yekunlaşıb. Daha sonra bloqer Günel Rəhimova ilə qeyri-formal formatda görüş keçirilib, proqramın sonuna doğru isə Şamaxı Astrofizika Rəsədxanası və Yay Fest ərazisinə infotur təşkil olunub.
Layihənin üçüncü günü Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Elnur Niftəliyev, Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev və AzTV-nin Teleradio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmudun spikerliyi ilə “Gənclər Təşkilatlarının fəaliyyətlərinə TV kanalların cəlb edilməsi üsulları” mövzusunda panel müzakirəsi keçirilib.
Günün ikinci yarısı A+CO şirkətinin Rəqəmsal Marketinq şöbəsinin müdiri Orxan Salmanovun təqdimatında “Sosial media hesablarının idarə olumasında diqqət olunmalı məqamlar və rəqəmsal marketinq” mövzusunda təlim və ATV kanalının xəbər aparıcısı Pərvin Əsgərlinin iştirakçılarla qeyri-formal görüşü keçirilib.
Proqramın son günü isə Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələrinin iştirakı ilə görüş və təlim keçirilib.
www.102info.az