“Blefaroplastika (göz qapaqlarının formasını dəyişdirmək üçün icra edilən əməliyyat – red.) üst və alt olmaqla iki yerə bölünür. Son zamanlar bu tendensiya çoxalıb və bu əməliyyat daha çox kosmetik xarakter daşıyır”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib.
Həkim qeyd edib ki, bu əməliyyatı etdirmək istəyən pasiyentlər həkim seçimində diqqətli olmalı və mütəxəssisə müraciət etməlidirlər:
“Əməliyyat düzgün edilməzsə, göz qapaqlarının bağlanmaması və simmetriyada pozulmalar qeydə alına bilər. Lakin əməliyyatın gözün görmə itiliyinin pozulmasına heç bir təsiri yoxdur”.
Aysel Aslanqızı
www.102info.az