Zaqatalada hindistanlı turistin yoxa çıxmasından üç ay ötür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir.
Axtarışlara qoşulan könüllü dağçılar bildirirlər ki, üç ay müddətində turistin tapılmaması bir çox suallar yaradır. Buna baxmayaraq, axtarışlar davam etdirilir. Əgər bu ay da axtarışlar nəticə verməsə, payızda kompleks axtarışlara başlamaq lazımdır. Belə ki, payızda ağacların yarpaqları tökülür və bu, meşəlik ərazidə müşahidələrin daha yaxşı aparılmasına imkan verir.
www.102info.az