Bu gün 6 nəfər “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas olunub.
www.102info.az