On yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət

Avqustun 11-i saat 16 radələrində Göygöldə 10 yaşlı oğlanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Balçılı kəndində baş verib.

VAZ-2106 markalı avtomobil qəfil yola çıxan 2012-ci il təvəllüdlü Cəfərov Elmir Raqif oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir