Vətən müharibəsi iştirakçısı özünü asdı: Nişanlı idi

Cəmiyyət

Vətən müharibəsinin iştirakçısı intihar edib.

Oxu.Az xəbər verir ki, Qəbələ rayonu Əmirvan kənd sakini, 1998-ci il təvəllüdlü İlkin İsmayılov özünü ötən gecə yaşadığı evin həyətindəki yarımtikilidə asıb.

Məsələ ilə bağlı Qəbələ rayonu Əmirvan kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumatda şəxsin nişanlı olduğu bildirilib:

“Ata-anası sağdır, iki qardaşı var, özü də nişanlı idi”.

Qeyd edək ki, hadisənin gecəyarı baş verdiyi deyilir, səbəb isə hələ ki məlum deyil.

İlkin İsmayılovun polis əməkdaşı olduğu deyilsə də, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bunun yanlış məlumat olduğunu bildirib. 

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir