Gəncə-Şəmkir yolunda, Çinarlı kəndi yaxınlığındakı körpünün çıxışında yerləşən “Əməkçi qadın” heykəli yolda baş vermiş qəza ilə əlaqədar sınaraq yola tökülüb.
Məsələ ilə əlaqədar Oxu.Az-a şikayət daxil olub.
Şikayətçilər bildiriblər ki, üç ay əvvəl dağılmış heykəlin qalıqları hələ də yoldadır.
Problemlə bağlı Şəmkir Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaldırılan məsələni nəzarətdə saxlayırlar:
“Hazırda aidiyyəti orqanlar avtoqəza nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün avtomobilin sığortalandığı şirkətlə iş aparırlar. Məsələ yaxın zamanda öz həllini tapacaq”.
Qeyd edək ki, heykəl dağılmazdan əvvəl bu cür olub:

Aysel Aslanqızı
www.102info.az