Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Cəmiyyət

“Türk Hava Yolları” aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən verilən məlumata görə, “Boeing B737” təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir