Buzovnada çimərliyə gedən yola sədd çəkən obyektləri söküb, yolu yenidən “bağladılar” – FOTO

Cəmiyyət

Bir müddət əvvəl Xəzər rayonu Buzovna çimərliyi ətrafında sahilboyu vətəndaşların sərbəst şəkildə çimərliyə daxil olub, istirahət etmələrinə maneə törədən, qanunsuz olaraq inşa edilən obyektlər  sökülüb.

Oxu.Az xəbər verir ki, ötən gün sosial mediada sözügedən çimərlikdən yeni görüntülər yayılıb.

Görüntülərdə sökülmüş obyektlərdən geriyə qalan qalaq-qalaq daş yığınları əks olunub. Sakinlər isə bu mənzərədən narahatdırlar.

Məsələ ilə əlaqədar Xəzər Rayonu İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, həmin ərazidə hələ də texnika işləyir və söküntü işləri davam edir. Ərazi böyük olduğu üçün söküntülərlə paralel olaraq ondan geri qalan daş-torpaq parçaları yığışdırılır.

Aysel Aslanqızı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir