Xəzər dənizində bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda, dənizdə (“Zuğulba 3” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Batan şəxsin kimliyi ilə bağlı hər hansı bir məlumat yoxdur.
www.102info.az