Azərbaycanda güclü yanğın: İki kənd üçün təhlükə yarandı

Cəmiyyət

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb.

APA-nın verdiyi məlumata görə, dağlıq ərazidə biçilmiş əkin sahələri yanır.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə bərabər ətraf rayonlardan da texnika cəlb olunub.

Yanğının Mumlu və Qazma kənlərinə keçdiyi və yaşayış evləri üçün təhlükənin olduğu bildirilir. Bəzi ərazilərdə əhaliyə məxsus ot tayaları və yardımçı binalar yanıb.

Güclü külək alovun qarşısını almağa mane olur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir