Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışlarının təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Patriot Parkında keçirilən mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu, iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Təntənəli mərasimdə yarışlar açıq elan edilib, “Beynəlxalq Ordu Oyunları”nın himni səsləndirilib.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları 12 ölkənin ərazisində keçirilir. Beynəlxalq müsabiqələrdə 34 ölkədən olan hərbi qulluqçular fərdi və komanda şəklində mübarizə aparacaqlar.
www.102info.az