Xaçmazda meşə massivindəki yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Musayev deyib.
O qeyd edib ki, Xaçmazın dörd kəndində olan yanğın tam söndürülüb:
“Hadisə nəticəsində Xaçmazda 40 hektara yaxın ərazi yanıb. Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amilidir. Ehtiyatsızlıq və qəsdən yandırılma ehtimal olunur ki, bu istiqamətdə araşdırma aparılır”, – Nazirlik rəsmisi bildirib.
www.102info.az