“Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında 178 Tacikistan vətəndaşı təhsil alır”.
Oxu.Az xəbər verir ki, bu barədə DSX-nin aparat rəhbəri general-mayor Elçin İbrahimov DSX-nin 103 illiyinə həsr olunan hesabat tədbirində deyib.
O bildirib ki, DSX əməkdaşları xarici ölkələrdə zəruri təlimlərdə iştirak edirlər:
“Biz zabitlərin inkişafına xüsusi diqqət yetiririk. Sadəcə olaraq onların bir qismi haqqında biz ümumiyyətlə məlumat vermirik. Digərləri barədə isə zərurət olduqca məlumatlar ictimailəşdirilir. Tacikistanla razılıqlı formada bu ölkənin 178 vətəndaşı Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil alır”.
Könül Cəfərli
www.102info.az