“Qafqazinfo”nun 12 yaşı tamam olur

Cəmiyyət

Bu gün “Qafqazinfo” internet qəzetinin fəaliyyətə başlamasının ildönümüdür.

Portalın 12 yaşı tamam olur.

“Qafqazinfo.az” internet qəzeti 2010-cu il avqustun 16-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Bu saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucular da aktiv iştirak edə bilərlər.

Oxu.Az saytının kollektivi “Qafqazinfo”da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir