Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” ilə “Nissan” markalı minik maşınları toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az