Tanınmış aktrisa Firəngiz Rəhimbəyova vəfat edib.
Oxu.Az xəbər verir ki, aktrisanın yaxınları sosial şəbəkədə məlumat verib.
Uzun illərdir ABŞ-da yaşayan aktrisa 62 yaşında vəfat edib.
Qeyd edək ki, bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirib.



www.102info.az