Azərbaycanda ana iki uşağı ilə itkin düşdü: Şəxsiyyət vəsiqələrini də götürüb

Cəmiyyət

Ağdamda ana övladları ilə birgə itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ayaqqərvənd kəndində baş verib.

28 yaşlı Fərəcova Ülviyyə Tərlan qızı iki azyaşlı övladı – Polad və qızı Hədiyyə ilə birgə onların şəxsiyyət vəsiqələrini də götürərək yaşadığı evdən çıxıb. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az