Bir nəfər Xəzər dənizində batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, dənizdə (“Nardaran-2” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1990-cı il təvəllüdlü Əskərov Nicat Mirtahir oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
www.102info.az