Mingəçevirdə onkoloji xəstə olan qadın özünü kanala atdı

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Mingəçevir şəhərində 1 nəfərin intihar məqsədilə özünü Yuxarı Qarabağ kanalına atması barədə məlumat daxil olub.

FHN xəbər verir ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Oxu.Az-ın məlumatına görə, kanal özünü atdığı ehtimal olan şəxs 1956-cı il təvəllüdlü Zeynəb Səbzəliyevadır. O, gecə saat 04:00 radələrində evdən çıxıb. 

66 yaşlı qadının ayaqqabıları səhər saatlarında kanalın yaxınlığında tapılıb. O, onkoloji xəstə imiş və bu səbəbdən intihar etdiyi ehtimal edilir.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir