“Rayon ərazisindəki yanğınlar nəticəsində 120 hektar ərazi yanıb”.
Bununla bağlı Oxu.Az-a Şabran Rayonu İcra Hakimiyyətindən (RİH) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində heyvanların tələf olması ilə bağlı dəqiq məlumat yoxdur:
“Yanan ev görməmişik. Meşə ərazisinə ciddi ziyan dəyməyib. Yanğın lokallaşdırılıb. Lakin közlər qalır, külək onu yenidən alovlandırır. Dəyən zərərlə bağlı məlumat yoxdur”, – deyə qurumdan bildirilib.
Nəzrin Vahid
www.102info.az