Xocalıda avtomobil aşıb, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 17-i saat 8 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az