Lazada nə baş verib? Baku TV-nin çəkiliş qrupu elə bu suala cavab tapmaq üçün hadisənin yaşandığı Qəbələ rayonun ucqar dağ kəndi olan Lazaya yollanıb.
Olduqca əsrarəngiz təbiətə malik olan bu kənd dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşməklə təmiz havası, sərin bulaqları ilə turistləri özünə cəlb edir.
Bəs turistlərin bu kəndə girişinə kim və niyə mane olur?
Kənd ağsaqqalı Məhərrəm kişi deyir ki, avtomobilləri ilə gələn turistlər sakinlərin hərəkətinə maneə yaradırlar.
Elə həftəsonu yaşanan insident də kənddə yaranan avtomobil sıxlığı səbəbindən baş verib.
Kəndin əsas girişində, Duruca körpüsünün yaxınlığında ard-arda düzülən avtomobillər kəndə daxil olmaq istəyən zaman sakinlər buna etiraz ediblər.
Kənd sakinlərini narazı salan isə təkcə bura gələn turist avtomobillərinin çoxluğu deyil. Qonaqların geyim-kecimləri burada yaşayan insanların ürəyincə deyil.
Hazırda insident yaşanan ərazidə vəziyyət normaldır.
İndi sakinlərin bir istəyi var: o da kəndin girişində avtomobillərin park yerinin yaradılmasıdır.
Ətraflı süjeti təqdim edirik:
www.102info.az