ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə ANAMA-da görüş olub

Cəmiyyət

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Gevara ilə görüş keçirib.

Bu barədə ANAMA-dan məlumat yayıb.

Bildirilib ki, agentliyin yaradılma tarixçəsi, ümumi fəaliyyəti, Vətən müharibəsindən sonra qarşıya qoyulmuş yeni hədəfləri, eləcə də hökumət tərəfindən müəyyən olunan prioritetlərə əsasən Qarabağda icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə səfirə məlumat verilib.

Hüqo Gevara işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Görüş zamanı Amerika Birləşmiş Ştatları tərəfindən ANAMA-ya partlayıcı qurğuların təhlükəsi ilə mübarizədə mümkün töhfə verilməsi və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində tərəfdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir