Şəmkirdə itkin düşən qadın Bakıda tapıldı: “Ərimin ailəsi ilə yaşamaq istəmirəm” – FOTO

Cəmiyyət

Şəmkirdə itkin düşən 24 yaşlı qadın tapılıb. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1998-cu il təvəllüdlü Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.

E.Qasımov bildirib ki, qadınla profilaktiki söhbət aparıb:

Məlum olub ki, A.Məmmədova öz istəyi ilə evi tərk edib və Bakıya gəlib. Qadının həyatı üçün hər hansı bir təhlükə yoxdur. Hazırda digər aidiyyəti qurumlarla araşdırmalar davam etdirilir. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qadın evdən getmə səbəbi kimi əri və onun valideynləri ilə birlikdə yaşamaq istəmədiyini göstərib. Qadının valideynlərinin iddia etdiyi onun əri tərəfindən fiziki zorakılığa məruz qalması məsələsi isə öz təsdiqini tapmayıb. Belə ki, qadının bədənində heç bir xəsarət izinə rast gəlinməyib.

Aqil Vəlili

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir