Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsindəki avtomobil yolunda kanalizasiya daşıb.
Bu barədə Oxu.Az-a ərazidəki vətəndaşlar məlumat veriblər. Onlar kanalizasiya sularının ətrafı çirkləndirməsindən şikayətləniblər.
“Azərsu” ASC-nin rəsmisi Neyman Səfərəliyev Oxu.Az-a açıqlamasında problemin aradan qaldırıldığını deyib:
“Yasamal rayon Sukanal idarəsi tərəfindən kanalizasiya tutulması aradan qaldırılıb. Bu günlərdə həmin kollektorda və baxış quyularında yuyulma işləri aparılacaq”.
Sayad Həsənli
www.102info.az