“Vəzifəsinə qarşı məsuliyyətsiz yanaşanlar töhmətlə işdən çıxarılıb”.
Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, son 7-8 ay ərzində qurumun 20-yə yaxın əməkdaşı işdən çıxarılıb:
“Kim öz vəzifəsini məsuliyyətlə, vicdanla yerinə yetirirsə, problemimiz az olur. Əksini edən töhmət alır. Vətəndaşlarla daim təmasdayıq, həssas yanaşmalıyıq”.
Nəzrin Vahid
www.102info.az