Türkiyədə müalicə alan qazilərimiz Qeybəliyev Kamran Bünyat oğlu və Əhmədov Aqil Mürsəl oğlu ölkəyə geri qayıdıblar.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, Kamran Qeybəliyev 1 il 5 ay müddətində Türkiyədə müalicə alıb.
Ağır yaralanan qazimiz Bayramov Hafis Talif oğlu isə müalicə məqsədi ilə Türkiyəyə göndərilib.
Xatırladaq ki, bu günə qədər 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
www.102info.az