Şüşəsiz pəncərələr, nəm divarlar, çürük döşəmələr: Şəhid adına məktəbin acınacaqlı vəziyyəti – VİDEO

Cəmiyyət

Salyanın Xıdırlı kənd orta məktəbi bərbad vəziyyətdədir.

Bu barədə İTV-nin yayımladığı süjetdə əks olunub.

Şəhid Təbriz Xəlilbəyli adına məktəbdə 1000-ə yaxın şagird təhsil alır.

Qeyd olunur ki, təxminən 60 yaşı olan məktəb təmirsiz və şəraitsiz vəziyyətdədir. Məktəbin pəncərələrində şüşələr yoxdur, divarlar nəm, döşəmələr isə çürükdür.

Şirvan-Salyan Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib ki, Xıdırlı kənd tam orta məktəb binasının əsaslı təmir olunmasına ehtiyac var. Artıq bununla bağlı müvafiq sənədlər hazırlanır.

Ətraflı süjeti təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir