“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası vəzifələr üçün vakansiyalar elan edib.
Həmin siyahını təqdim edirik:
– “Gəmi sürücülüyü” fakültəsinə dekan
– “Gəmi mexanikası və elektromexanikası” fakültəsinə dekan
– “Gəmi elektroavtomatikası” kafedrasına müdir.
Dekan olmaq istəyən namizədlərdən tələblər:
– Kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və dərəcə
– Ən azı 5 il elmi-pedaqoji təcrübə
– Peşə-ixtisas hazırlığı.
Kafedra müdiri olmaq istəyən namizədlərdən tələblər:
– Profilə uyğun peşə-ixtisas hazırlığı
– Elmi ad və dərəcə
– Ən azı 5 il elmi-pedaqoji təcrübə.
Sənədlər rektorun adına yazılmış ərizə ilə birgə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi 18) təqdim edilməlidir.
Müraciət üçün son tarix: 18.09.2022
Əlaqə telefonu: 404 37 00 (daxili 3220)
www.102info.az