Salyanda avtomobil qəzası olub, xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Niva” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza zamanı üç nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.



www.102info.az