Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində sexdə yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
www.102info.az