Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın zamanı 1 nəfər yanğınsöndürən xəsarət alıb, daha 1 yanğınsöndürən isə zərər çəkib.
Bu barədə “Report”un Muğan bürosuna Cəlilabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 2 əməkdaşına hadisə yerində tibbi yardım göstərilib. Onlardan biri yüksək qan təzyiqi ilə, digəri isə çiyin nahiyəsinə od düşdüyü üçün yanıq xəsarətləri alıb. Onlara tibbi xidmət göstərilib.
Yanğın zamanı tüstüdən boğulma qeydə alınmayıb.
Hadisə yerinə 3 təcili tibbi yardım avtomobili cəlb olunub və yanğın tam söndürülüb.
www.102info.az